Qubada yol qəzasında ölən 5 nəfər kimdir? - SİYAHI - FOTO - YENİLƏNİB - VİDEO

Yol qəzaları 25 Avqust 2021 | 18:28
OXUNUB: 2610

Qubada qəzada ölənlərin şəxsiyyətləri məlum olub.

Quba şəhər sakini Nəriman Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan iti vurub. Sürücünün idarəetməni itirməsi səbəbindən avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə həmin maşında olan sürücü və Quba şəhər sakini Məmmədhəsən Əkbərov, Gəncə şəhəri Kəpəz rayon sakinləri Şəfa Qasımova, Kəmalə Cəfərova və Şəmkir rayon sakini Larisa Həsənova həlak olublar.///report

***
Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 qadın və 2 kişi olmaqla 5 nəfər ölüb.

Report-un verdiyi məlumata görə hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.

Belə ki, 10 TS 922 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı qovaq ağacına çırpılıb.

Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

08:38

Qubada 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası olub.

Bu barədə Report Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man