Palıd ağacı hərəkətdə olan "Niva"nın üstünə aşdı, ölən və yaralananlar var - FOTO

Yol qəzaları 22 Avqust 2021 | 23:50
OXUNUB: 2316

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub

"Report"un məlumatına görə, rayon ərazisində qeydə alınan bədbəxt hadisəyə yolun kənarındakı palıd ağacının qəfil aşması səbəb olub.

Belə ki, yol kənarındakı iri gövdəli ağac qırılaraq, hərəkətdə olan “Niva” markalı avtomobilin üstünə aşıb.

Nəticədə avtomobilin sürücüsü, rayonun Babalı kənd sakini Əzizov Xəqani Mehdi oğlu hadisə yerində ölüb, sərnişinlər - İntiqam Maqsudov və Bəhruz Maqsudov isə xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, ağacın qırılmasına səbəb isə onun gövdədən çürüməsi olub. Şahidlərin sözlərinə görə, yol kənarında onlarla belə ağac gövdədən çürüyərək təhlükə mənbəyinə çevrilib.

Faktla bağlı araşdırma aparılır.

17:04

Cəlilabadda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonun Babalı kənd sakini Əzizov Xəqani Mehdi oğlu idarə etdiyi “Niva” markalı avtomobili aşırıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər - İntiqam Maqsudov və Bəhruz Maqsudov xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man