APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1961-ci təvəllüdlü Şahid Şakir oğlu Məlikovun idarə etdiyi “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü Ş. Məlikov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Mətanət Ənvər qızı Məlikova xəsarət alıblar.
Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man