Azərbaycan vətəndaşları Rusiyada yol qəzasına düşüb, ölənlər var - FOTO

Yol qəzaları 20 Avqust 2021 | 22:10
OXUNUB: 1819

Əslən Zərdab rayonundan olan və uzun müddət Rusiyanın Saratov şəhərində yaşayan əmioğlular - Elvin və Anar Qarayevlər yaşadıqları şəhərdə ağır yol qəzasına düşüblər.

APA-nın xəbərinə görə, hadisə nəticəsində hər iki əmioğlu aldıqları xəsarətlərdən, biri hadisə yerində, digəri isə bir qədər sonra dünyasını dəyişib.

Məlumata görə, qəzada ölən A.Qarayevin qardaşı Rövşən Qarayev də avtomobildə olub və ağır xəsarət alıb. Onun bir neçə həftə öncə toyu olduğu bildirilir.

Hadisə zamanı ölən əmioğluların Zərdab rayonunun Sarıqaya kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, ölən şəxslərin valideynləri Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man