Şəkidə avtomobil aşıb, xəsarət alan var

Yol qəzaları 20 Avqust 2021 | 17:50
OXUNUB: 1215

Şəki rayonunda yol qəzası baş verib.

Reportun Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Sahib Vaqif oğlu Əkbərovun idarə etdiyi "Mitsubishi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, Oğuz rayonunun Qumlaq kənd sakini, 1987-ci il təvəllüdlü Məlahət Xanlar qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man