Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Yol qəzaları 17 Avqust 2021 | 22:59
OXUNUB: 1143

Şəkidə qadın sürücünün idarə etdiyi “Nissan” markalı minik avtomobili “VAZ 2106” markalı minik maşını toqquşub.

Hadisə bu gün 16:00 radələrində Şəki-Qax avtomobil yolunun 18-ci kilometrliyində, Şəkinin Aşağı Göynük kənd ərazisindən keçən hissəsində baş verib.

1989-cu il təvəllüdlü, Şuşa şəhər sakini Sevinc Ziyafət qızı Məhərrəmova idarə etdiyi “Nissan Micra” markalı minik avtomobillə Qaxdan Şəki şəhəri istiqamətində hərəkətdə olarkən onun avtomobili əks istiqamətdə hərəkət edən Şəki rayonu Aşağı Göynük kənd sakininin idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı xəsarət alan sürücü S.Məhərrəmova və onun avtomobilində sərnişin qismində olan anası Vəfa Nadir qızı Səfərova Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.///apa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man