Şəkidə sürücü avtomobili çökəkliyə aşırıb - sərnişini xəsarət alıb - FOTO

Yol qəzaları 15 Avqust 2021 | 15:05
OXUNUB: 1715

Şəkidə baş verən yol qəzasında sərnişin xəsarət alıb.

Hadisə bu gün saat 04 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Suçma kəndinin ərazisindən keçən 32-ci km-də baş verib.

1971-ci il təvəllüdlü Şəki şəhər sakini Mustafayev Şahin Rəfail oğlu idarə etdiyi “VAZ 21074” markalı 10 VO 655 dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayonu istiqamətindən Şəki şəhəri istiqamətində hərəkət edərkən avtomobilin idarəçiliyini itirərək yolun soluna çıxarıb çökəkliyə aşırıb.

Qəza nəticəsində “VAZ 21074” markalı avtomobilin salonunda olan sərnişin 1953-cü il təvəllüdlü Şəki şəhər sakini Əhmədov Əhməd Mihbala oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayaon Mərkəzi Xəstəxanasına daxil olub.

Faktla bağlı araşdırma aparılır.///apa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man