Gədəbəydə 8 nəfərin yaralandığı dəhşətli qəzanın ANBAAN VİDEOSU

Yol qəzaları 14 Avqust 2021 | 18:25
OXUNUB: 67195

Gədəbəydə baş vermiş ağır yol nəqliyyat hadisəsinin videosunu oxuculardan biri redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 99-XV-681 qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü Aytəkin Məmmədova yüksək sürətlə hərəkət edərkən sərt döngədə idarəetməni itirib. Nəticədə avtomobil dərəyə aşaraq 8 nəfər xəsarət alıb.

Avtosfer.az">Avtosfer.az-a verilən məlumata görə "Toyota"nın sürücüsü qarşıdakı "VAZ" markalı avtomobilə çatmaq üçün yüksək sürətlə hərəkət edirmiş. Lakin döngə sərt olduğundan və sürət həddi yüksək olduğu üçün qəza qaçılmaz olub.

Xatırladaq ki, yaralılar Musazadə Aysel Vüqar qızı (2008-ci il təvəllüdlü), Məmmədova Aytəkin Həsən qızı (1987-ci il təvəllüdü), Həsənova Çiçək İsmayıl qızı (1964), Musazadə Leyla Vüqar qızı (2008), Əsgərzadə Samirə Qəzənfər qızı (1987), Musayeva Vəfa Qəzənfər qızı (1988), Musazadə Fatimə Vüsal qızı (2009), Musayev Camal Vüsal oğludur (2018).
Onlardan vəziyyəti ağır olanlar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man