Kürdəmirdə baş verən ağır yol qəzası nəticəsində minik maşınında olan sərnişinlərdən 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, ölənlər Zərdab rayon sakinləri 46 yaşlı Hüseynov Qalib Sabiq oğlu, 35 yaşlı Hüseynova Aytəkin Heydər qızı, 11 yaşlı Hüseynova Gülər Qalib qızı, xəsarət alanlar 12 yaşlı Hüseynli Aynur Qalib qızı və 6 yaşlı Hüseynov Sabiq Qalib oğludur.
Faktla bağlı araşdırma aparılır.
16:35
***
Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Bakıdan Gəncə istiqamətində hərəkət edən “Mercedes” markalı minik maşını eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılıb.
Qəza nəticəsində minik maşınında olan sürücü və sərnişinləri hadisə yerində dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, minik maşınında olanlar bir ailənin üzvləridir.
Faktla bağlı araşdırma aparılır.///qafqazinfo
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man