Zaqatalada avtomobil dərəyə aşıb, xəsarət alanlar var - FOTO

Yol qəzaları 13 Avqust 2021 | 23:46
OXUNUB: 1887

Zaqatalada minik avtomobili dərəyə aşıb.

APA-nın məlumatına görə, hadisə axşam saat 21:00 radələrində Zaqatala-Mazıx-Qəbizdərə avtomobil yolunun Qəbizdərə kəndi ərazisindən keçən hissəsində baş verib.

Rayon sakini Şəmsəddin Bəxtiyar oğlu Hüseynovun idarə etdiyi "Mitsubishi" markalı 90-XX-835 dövlət nömrə nişanlı minik avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə aşıb. Nəticədə sürücü Ş.Hüseynov və avtomobildə sərnişin qismində olan Zaqatala rayon sakini Əfqan Teymur oğlu Bayramov aldıqları xəsarətlə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man