Kürdəmirdə avtomobil körpüdən aşıb, sürücü xəsarət alıb - FOTO

Yol qəzaları 12 Avqust 2021 | 18:27
OXUNUB: 1058

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

”Report” xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

"VAZ-2107" markalı avtomaşının sürücüsü Hüseynov Eldəniz Ramiz oğlu dönmə əməliyyatı edərkən onunla eyni istiqamətdə hərəkət edən rayon sakini Əhmədov Nicat Rafiq oğlunun idarə etdiyi “Hyundai” markalı avtomaşınla toqquşaraq körpüdən aşağı düşüb.

Hadisə zamanı “Hyundai”ın sürücüsü müxtəlif dərəcəli xəsarətlər alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı həkim nəzarətinə götürülb. Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man