Rusiyada turist helikopteri qəzaya uğrayıb, 8 nəfər ölüb, yaralılar var

Yol qəzaları 12 Avqust 2021 | 08:46
OXUNUB: 582

Rusiyanın Kamçatka diyarında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində ilkin məlumata görə, 8 nəfər həlak olub.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib.

Qeyd edilir ki, hadisə zamanı helikopterdə olan 9 nəfər sağ qalıb.

Məlumata görə, heyət üzvləri dumanlı hava şəraitində helikopteri endirmək istəyiblər. Lakin helikopter “Yelizovo” hava limanından 200 kilometr məsafədəki Kurilsk gölə düşüb.

TASS agentliyi də qəza zamanı 8 nəfərin həlak olduğunu yazıb. Qeyd edilir ki, qəza zamanı daha 9 nəfər xəsarət alıb. Helikopter göldə batıb. Hadisə yerinə xilasetmə qüvvələri göndərilib.

02:30

Rusiyada helikopter qəzası baş verib.

Avtosfer.az-ın RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə ölkənin fövqəladə xidmətləri məlumat yayıb.

Qeyd edilir ki, hadisə Kamçatka diyarında qeydə alınıb. İlkin məlumata görə, Kronotsk qoruğunda turistlərin olduğu helikopter qəzaya uğrayıb.

Hələlik həlak olanlar və ya xəsarət alanlar haqqında məlumat yoxdur. Turistlərin yerli və ya xarici ölkədən olduqları açıqlanmır.

TASS agentliyi isə hadisə zamanı helikopterdə 16 nəfərin olduğunu açıqlayıb. Qeyd edilir ki, onlardan 13-ü sərnişin, 3-ü heyət üzvləridir. Agentliyin Səhiyyə Nazirliyinə istinadən məlumatına görə, qəza zamanı azı 2 nəfər ağır xəsarət alıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man