Sabirabadda kanala düşən avtomobildə meyit aşkarlanıb
Yol qəzaları11 Avqust 2021 | 13:15
OXUNUB: 367
Sabirabadda avtomobil kanala aşıb, avtomobilin içində meyit aşkar olunub. Avtosfer.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Azadakənd kəndində qeydə alınıb. Suvarma kanalında kənd sakinləri tərəfindən aşkar olunan avtomobil sudan çıxarılan zaman orada kişi meyiti aşkar olunub. Meyitin kimliyi aydınlaşdırılır. Faktla bağlı araşdırma aparılır.