Naftalan şəhərində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində qeydə alınıb. "VAZ-21015" markalı avtomobil velosipedçi, 2010-cu il təvəllüdlü Seyid İlqar oğlu Yusubovu vurub.
O, xəsarət alıb və xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man