ABŞ-da təyyarə evə çırpılıb, ölənlər var

Yol qəzaları 08 Avqust 2021 | 09:41
OXUNUB: 740

ABŞ-ın Minnesota ştatının Viktoriya şəhərində birmühərrikli “Mooney M20” təyyarəsi boş qalmış evə çırpılıb.

“Report” xəbər verir ki, bu barədə Minnesotanın yerli CBS telekanalı bildirib. Məlumata görə, hadisə zamanı bir neçə nəfər həlak olub.

Hadisə yerli vaxtla saat təxminən 17:40-da (Bakı vaxtı ilə saat 2:40-da-red) olub. Mülki Aviasiya Federal İdarəsinin məlumatına görə, təyyarə Aleksandriya aeroportundan səmaya qalxıb və İden-Preri şəhərinin hava limanına doğru uçurmuş.

Karver dairəsinin şerifinin ofisi hadisə yerində bir neçə nəfərin həlak olması haqqında informasiyanı təsdiqləyiblər, ancaq ölənlərin sayını açıqlamayıblar.

Hadisə ilə əlaqədar Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şura tərəfindən araşdırmalara başlanılıb, ona Mülki Aviasiya Federal İdarəsi dəstək verir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man