Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var 

Yol qəzaları 07 Avqust 2021 | 18:47
OXUNUB: 568

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bərdə rayonunun Türkmən kənd sakini Sədaqət Novruzovanın idarə etdiyi "Hyundai Santa Fe" markalı minik avtomobili idarəetməni itirərək aşıb.

Nəticədə avtomobilin içərisində olan sərnişinlər - 1966-ci il təvəllüdlü Əsədova Cəmilə Hüseyn qızı, 1984-cü il təvəllüdlü Həsənova Qətibə Məhəbbət qızı və 2016-cı il təvəllüdlü Həsənzadə Tunar Rafayıl oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man