Bakıda "qoçu" sürücü ötmə zamanı qəza törədib hadisə yerindən qaçdı - VİDEO

Yol qəzaları 06 Avqust 2021 | 12:52
OXUNUB: 7783

Balaxanı yolunda “TIR”ı ötüb keçmək istəyən “Hyundai Santafe” markalı avtomobilin sürücüsü qəza törədərək hadisə yerindən qaçıb. Avtosfer.az bildirir ki, redaksiyamıza müraciət edən zərərçəkmiş sürücü yolda ötmə əməliyyatı edən birinin onun avtomobilini vurub qaçdığını bildirib. Zərərçəkənin avtomobilinin registratoruna düşən görüntüdən məlum olur ki, yolda ötmə əməliyyatını qadağan edən düz xətt olduğundan 99- PJ-178 nömrə nişanlı “Skoda Rapid” markalı avtomobilin sürücüsü qarşısındakı “TIR”ın yavaş getməsinə baxmayaraq onu ötüb keçməyib. Lakin düz xətt bitən kimi arxadan gələn 90-LR-880 nömrə nişanlı “Hyundai Santafe” markalı avtomobilin sürücüsü “TIR”ı ötməyə çalışsa da əks yoldan gələn avtomobilə görə manevrini tamamlaya bilməyib. O, öz zolağına geri qayıtmaq üçün avtomobilinin arxası ilə “Skoda” markalı avtomobilin ön hissəsini vuraraq onun yoldan çıxmasına səbəb olub. “Hyundai”nin sürücüsü qəzanı görəsə də dayanmadan yoluna davam edib və hadisə yerindən qaçıb. Hadisənin təsirindən özünü itirən “Skoda”nın sürücüsü sağa keçərək avtomobilini saxlayıb. O, polisə və sığortaya müraciət etsə də, hələki “Hyundai”nin sürücüsü tapılmayıb. 
Onu da vurğulayaq ki, dəymiş zərər 1000 AZN-dən çox oluğu halda hadisə yerinə sığorta şirkətinin gəlməsi gözlənilə bilər. Əgər toqquşma yüngüldürsə polisin hadisəni dəyərləndirməsi və kamera görüntüsü qarşı tərəfin sığortasının dəymiş zərəri ödəməsi üçün kifayətdir. Əgər burada olduğu kimi sürücü hadisə yerindən qaçırsa, o zaman qəza törədən sürücü əlavə olaraq İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən 100 AZN məbləğində də cərimə ödəməli olacaq. 

 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man