Zaqatalada piyada avtoqəza zamanı xəsarət alıb

Yol qəzaları 04 Avqust 2021 | 09:31
OXUNUB: 650

Zaqatalada 23 yaşlı Qusar rayon sakinini avtomobil vurub.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 3-dən 4-ə keçən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu 109-cu kilometrliyindən keçən hissəsində baş verib.

1967-ci il təvəllüdlü Zaqatala rayonunun Bəhmətli kənd sakini Mahir Seyfulla oğlu Qasımov idarə etdiyi “VAZ 21214” markalı, 99 KL 293 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən piyada, 1998-ci il təvəllüdlü Qusar rayon Okur kənd sakini Natiq Haydabəy oğlu Musayevi vurub. Qəza zamanı xəsarət alan N. Musayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man