Azərbaycan vətəndaşı baş redaktoru avtomobillə vurub öldürdü - FOTO

Yol qəzaları 03 Avqust 2021 | 01:25
OXUNUB: 3472

Rusiyanın Xantı-Mansiysk Muxtar Vilayətində yerli "Pervaya Sovetskaya" adlı qəzetin baş redaktoru Olesya Şarnina yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda qəzetin saytında yerləşdirilmiş məlumatda deyilir.

"Kollektivimizə böyük bədbəxtlik üz verib. "Pervaya Sovetskaya" qəzetinin baş redaktoru Olesya Şarnina faciəli şəkildə həlak olub. Dərk edilməsi, qəbul olunması və başa düşülməsi mümkün olmayan faciədir. Olesya gözəl dost, əsl peşəkar, hamının köməyinə can atan adam idi",-redaksiya kollektivi bildirir.

Məlumata görə, 38 yaşlı baş redaktorun üç uşağı yetim qalıb. Onu vuran sürücünü saxlayıblar. Sürücü 29 yaşlı Azərbaycan vətəndaşıdır, barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Barəsində müvafiq maddə ilə cinayət işi qaldırılıb. Şarninanın avqustun 5-də dəfn ediləcəyi bildiirlir.

Qəza avqustun 1-də, vilayətin inzibati mərkəzi olan Yuqra şəhərində baş verib, Azərbaycan vətəndaşı idarə etdiyi "Hyundai" avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək piyada səkisinə çıxıb və baş redaktoru vurub. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib. Şəhər dövlət avtomobil müfəttişliyinin yaydığı məlumatda deyilir ki, qəzanı törədən Azərbaycan vətəndaşının sürücülük vəsiqəsi olmayıb, o, ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib və avtomobili səkiyə çırpıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man