Biləsuvarda "Man" “KamAZ”a çırpılıb, ölən və yaralananlar var

Yol qəzaları 01 Avqust 2021 | 22:50
OXUNUB: 1484

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Man" markalı yük avtomobili qarşıda gedən "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

"KamAZ" sonra zərbənin təsirindən yoldan çıxaraq aşıb.

Qəza nəticəsində "Man" markalı avtomobilinin sürücüsü hadisə yerində ölüb. Habelə "KamAZ"da olan Salyan rayonu Şorsulu kənd sakinləri - 1997-ci il təvəllüdlü Qafarov Yasər Ağahüseyn oğlu, 1995-ci il təvəllüdlü Əliyev Gülağa Urfan oğlu və 1996-cı il təvəllüdlü Miriyev Böyükağa Ağalar oğlu müxtəlif xəsarətlər alıblar.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzada ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man