Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. APA-nın məlumatına görə, hadisə rayonun Borsunlu-Qazaxlar yolunda qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən piyadanı avtomobil vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.