Avtosfer.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə "Hyundai" markalı minik avtomobili toqquşub. Qəza zamanı 1968-ci il təvəllüdlü Mustafayev Azər Qəfər oğlu, 1987-ci il təvəllüdlü Ağayeva Şaymən İlqar qızı və 2002-ci il təvəllüdlü Xasməmmədli Tapdıq Ayaz oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man