Biləsuvar rayonunda yol qəzası olub.
"Report"un məlumatına görə, hadisə Biləsuvar- Bəhramtəpə yolunun Biləsuvar rayonunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.
İmişli rayonunun Qızılkənd kənd sakini Mahmudov Naib Xudaverdi oğlu idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilini yolun kənarına aşırıb.
Qəza nəticəsində sürücü və sərnişinlər - Mahmudzadə Sərvinaz Naib qızı və Mahmudov Elşən Əvəz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man