Şirvan şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə “köhnə şəhər” adlanan ərazidə qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində Şirvan sakini, 2003-cü il təvəllüdlü Valehzadə Ümid Ülvi oğlu və digər bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man