Bakıda bahalı maşınla kobud qayda pozuntusu edən sürücü qəza tötədib. Avtosfer.az-a müraciət edən zərərçəkmiş sürücü bildirir ki, idarə etdiyi avtomobillə iyulun 19-da paytaxtın Yusif Səfərov küçəsindən Babək prospekti istiqamətinə gedərkən 10-UT-550 qeydiyyat nişanlı “Cadillac” markalı avtomobilin sürücüsü ona təhlükə yaradıb: “O, əvvəlcədən mənim qarşıma keçmək istəyirdi. Lakin ona yol vermədiyimdən qəzəblənərək arxamca gəldi. Daha sonra körpünün girişində məni sıxışdaraq avtomobilimi vurdu və hadisə yerindən yayındı”.
Sürücü bildirir ki, hadisə ilə bağlı 102 qaynar xəttinə müraciət edib. Polis bölməsinə çağırılan sürücü günahsız olduğunu bildirsə də, zərəçəkmiş sürücünün təqdim etdiyi video əsasında günahın “Cadillac”-ın sürücüsündə olması öz təsdiqini tapıb.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man