"Azsığorta" şirkəti "fironluq" edir - "Kimi gətirsən tutduracam" - FOTO - VİDEO

Yol qəzaları 22 İyul 2021 | 16:40
OXUNUB: 7149

Bakıda baş vermiş qəzada zərərçəkən sürücü dəymiş maddi ziyanı sığorta şirkətindən ala bilmir. Bu barədə sürücü İlham Həsiyev başına gələnləri Avtosfer.az-a danışıb. Belə ki, iyulun 14-də paytaxtın H.Əliyev küçəsində hərəkət edən 99-VD-461 qeydiyyat nişanlı “Renault” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq arxadan gələn 99-VA-120 qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Volkswagen” markalı avtomobilə xeyli miqdarda ziyan dəyib.

Zərərkçəkmiş sürücü bildirir ki, ona dəymiş maddi ziyanı sığorta şirkəti ödəmir: “Dövlət Yol Polisi İdarəsinin araşdırmasından sonra məlum oldu ki, günahkar tərəf “Renault” markalı avtomobilin sürücüsü Rüfət Şərifovdur. Onun barəsində protokol tərtib olunduqdan sonra toplanmış materiallar “Azsığorta” şirkətinə göndərilib. Onlar öncə 3500 manat pul ödəcəyini bildirdi, lakin mən bununla razılaşmadım. Çünki avtomobilimə kifayət qədər ziyan dəyib. Daha sonra şirkət 5000 manat ödəyəcəyi ilə razılaşdı, amma pulu yenə də ödəmədilər. Bu dəfə bəhanə etdilər ki, qarşı tərəf günahkar çıxması ilə razılaşmır və buna görə də Dövlət Yol Polisi İdarəsinə şikayət ünvanlayıb. Qeyd edim ki, DYP “Renault”un sürücüsünün şikayətini təmin etməyib. Çünki o, həqiqətən də qayda pozub. DYP-nin rəsmi cavabını “Azsığorta”ya təqdim etməyimə baxmayaraq onlar yenə də pulu ödəməkdən boyun qaçırırlar”.

Zərərçəkmiş sürücü sığorta şirkətinə xəbərdarlıq edib ki, ona qarşı olunan süründürməçiliklə bağlı xəbər saytlarına müraciət edəcək: “Sığorta şirkətinin əməkdaşı Fərid Qoşqarlıya bunu dedikdən sonra o, “bura həyat parkdır. Əgər bura jurnalist gəlsə, PPX saniyəsində döyüb maşına basıb aparacaq” – deyərək gülümsədi”.

 

Ümid edirik ki, aidiyyəti qurumlar məsələni nəzarətə götürərək həlli istiqamətində addımlar atacaq

 

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man