Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 18-də saat 19 radələrində Qəbələ rayonu ərazisində Ağcabədi rayon sakini A. Məmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Əmirvan kənd sakini Sədiyar Vəliyevi vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man