Qubada yük avtomobili yanıb; sürücü yanğının qarşısını alıb

Yol qəzaları 18 İyul 2021 | 20:18
OXUNUB: 1457

Qubada qoşqulu yük avtomobilinin mühərrikində başlayan yanğın sürücü tərəfindən söndürülüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.

Etibar Məmməd oğlu Ağayevin idarə etdiyi "DAF" markalı 90-CY-151 dövlət nömrə nişanlı qoşqulu yük avtomobilinin mühərrikində tüstülənmə başlayıb.

Hadisə barədə sürücü Fövqəladə Hallar Nazirliyinin qaynar xətti olan 101 qısa nömrəsinə zəng edərək məlumat verib.

Yanğına çevrilən tüstülənmənin qarşısını yanğınsöndürənlər çatanadək sürücü avtomobildə olan yanğınsöndürmə vasitələri ilə alıb.

Yanğın zamanı xəsarət alan olmasa da avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man