Ötən gün 13 nəfər xilas edilib - FHN görüntülər yaydı - VİDEO

Yol qəzaları 18 İyul 2021 | 13:00
OXUNUB: 1278

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 76 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 13 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik ərazidə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib.

Bundan başqa, Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 1-i yataq xəstəsi və 2-si azyaşlı olmaqla 10 nəfər təxliyə olunub.

Həmçinin, 17.07.2021-ci il tarixində Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında qeyri-çimərlik ərazidə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğlunun meyiti sahildə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man