"AzSamand" 4 maşını əzdi: Binəqədi yolunda hərəkət dayandı - FOTO

Yol qəzaları 17 İyul 2021 | 22:28
OXUNUB: 6839

Bu gün axşam saatlarında Binəqədi şossesində zəncirvari yol qəzası baş verib.  Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 90 PU 442 dövlət nömrə nişanlı,  "AzSamand" markalı avtomobilin sürücüsü idarəetməni itirib,  nəticədə avtomobil əks istiqamətə çıxaraq "Hyundai  İX 35"ə çırpılıb. Daha sonra isə "Lexux" və "Hyundai  Santafe" markalı avtomobillərlə toqquşub. Qəza nəticəsində yolda dəhşətli tıxac yaranıb. Bu zaman "Toyota Camry" markalı avtomobil qarşıda qəzaya düşən "Hyundai"la toqquşub. Dörd avtomobilə ziyan vuran sürücü sükan arxasında diqqətinin yayındığını bildirib.  Hadisə nəticəsində yolda yaranan tıxacı Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları aradan qaldırıb. Hadisə yerindən görüntüləri təqdim edirik:

Fərid

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man