Rusiyada sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən görüntülər - ANBAAN VİDEO

Yol qəzaları 17 İyul 2021 | 13:00
OXUNUB: 545

Rusiyanın Tomsk vilayətində qəza enişi edən AN-28 sərnişin təyyarəsinin pilotu və sərnişinlərindən biri regional klinik xəstəxanaya yerləşdirilib.

“İzvestiya” qəzanın baş verdiyi ərazidən görüntülər yayıb.

“1965-ci il təvəllüdlü kişi ayağından zədə alaraq travmatologiya şöbəsinə, 2003-cü il təvəllüdlü bir qız isə beyin sarsıntısı ilə neyrocərrahiyyə şöbəsinə yerləşdirilib”, - deyə məlumatda qeyd edilib.

Pilot əməliyyat ediləcək, qız isə bir-neçə gün sonra ambulator müalicəyə buraxılacaq.

13 yaşlı yeniyetmə isə vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.

Təyyarədə olan digər sərnişinlər kiçik qançırlar və yüngül zədələr alıblar.

Hava gəmisinin qəza enişi etməsinə səbəb hər iki mühərrikin sıradan çıxması olub.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man