Şəmkirdə bir qəzada 3 nəfər öldü, 2 yaralı var; DYP-dən AÇIQLAMA

Yol qəzaları 15 İyul 2021 | 13:35
OXUNUB: 621

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) Şəmkir rayonu ərazisində 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. İdarədən Avtosfer.az-a daxil olan məlumatda deyilir ki, iyulun 14-də saat 23:37 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Dəllər-Cəyir kəndi ərazisindən keçən 404-cü km-də sürücü Şəmkir rayon sakini 10.05.1989-cu il təvəllüdlü Məmmədov Ramin Zakir oğlunun idarə etdiyi QAZ 3110 markalı, 20-EX-453 dövlət qeydiyyat nişanlı avtomobillə sürücü Ağstafa rayon sakini 23.03.1988-ci il təvəllüdlü Məmmədov Şahin Siyavuş oğlunun idarə etdiyi QAZ 33021 markalı, 44-BT-184 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub.
Qəza nəticəsində QAZ 3110 markalı avtomobilin sürücüsü R.Məmmədov, həmin avtomobildə olan sərnişinlər Şəmkir rayon sakinləri 05.08.1983-cü il təvəllüdlü Əliyev Aydın Valeh oğlu və 24.02.1964-cü il təvəllüdlü Cəfərov Bəhman Salman oğlu aldıqları xəsarətlərdən ölüb, QAZ 33021 markalı yük avtomobilinin sürücüsü Ş.Məmmədov və sərnişini Ağstafa rayon sakini 23.07.1974-cü il təvəllüdlü Bayramov Ədalət Cəlal oğlu xəsarət alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

 

Emin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man