Güzgüyə baxmayan sürücü sağdan keçən maşını vurdu - Günah kimdədir? - VİDEO

Yol qəzaları 13 İyul 2021 | 21:50
OXUNUB: 1887

Yol hərəkəti qaydasını pozan sürücü qəzaya səbəb olub. Bakıda baş verən hadisə anbaan avtomobildəki kameraya qeyd olunub.
Avtosfer.az">Avtosfer.az xəbər verir ki, paytaxt küçələrinin birində hərəkət edən sürücü sol zolaqda olan 99-KO-469 qeydiyyat nişanlı avtomobili sağdan keçən zaman qəza ilə üzləşib. Güzgüdən istifadə etməyən sürücü sağ zolağa yerdəyişmə edərkən görüntünü qeydə alan avtomobili vurub.

Bu qəzada günah sağdan keçən avtomobildədir, yoxsa sağ zolağa yerdəyişmə edən avtomobildə?

"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin V hissəsində qeyd olunub ki, zolağını dəyişən sürücü qonşu zolaqda hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Bu maddənin tələbinə görə sağ zolağa yerdəyişmə edən sürücü qaydaları pozmuş hesab edilir. Videogörüntünü qeydə alan sürücü zolağını dəyişmədən solundakı avtomobili üstələdiyi üçün ötmə əməliyyatı etmiş sayılmır. Buna görə də o, qaydalar çərçivəsində hərəkət etmiş sayılır.

 

Təbriz

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man