Qobustanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Yol qəzaları 12 İyul 2021 | 11:25
OXUNUB: 986

Qobustan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. “90-SB-700” dövlət nömrə nişanlı "Mercedes" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində "KİA"nın mühərrik hissəsində yanğın baş verib.

Hadisə zamanı avtomobil tamamilə yanaraq yararsız hala düşüb. Hadisə yerinə FHN-nin Qobustan Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Qəza zamanı Şahin Bağırov, Gülnaz Qurbanova və adları hələ bilinməyən 2 nəfər xəsarət alıb. Yaralılar Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man