Avtosfer.az-ın məlumatına görə, hadisə gecə radələrində şəhərin H.Əliyev prospektində qeydə alınıb. Sabirabad rayonunun Kürkənd kənd sakini, 1991-ci il təvəllüdlü Sadıqlı Kamran Asif oğlu idarə etdiyi “Hyundai” markalı "99 FF 519" dövlət nömrə nişanlı avtomobillə yolu keçən Sabirabad sakini, 1962-ci il təvəllüdlü Əsgərov Gülxan Balaxan oğlunu vurub. Sonuncu aldığı xəsarətlərdən xəstəxanaya çatdırılarkən yolda keçinib.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man