Qaxda avtomobil üç piyadanı vurub

Yol qəzaları 07 İyul 2021 | 18:25
OXUNUB: 640

Qaxda minik maşını üç nəfəri vurub.

APA-nın məlumatına görə, hadisə iyulun 6-dan 7-nə keçən gecə rayonun İlisu kəndi ərazisində, Səngər bulağı adlanan ərazidə baş verib.

Rayon sakini Rəsul Məcidli idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə yolun kənarında dayanan 32 yaşlı Kənan Qocayevi, 29 yaşlı Elvin Bağırovu və 27 yaşlı Cavid Mahmudovu vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan hər üç şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara aşağı ətrafların sınığı diaqnozu qoyulub.

Xəstəxanada onlara lazımi tibbi yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man