Bakıda sərnişin avtobusu qəzaya uğrayıb , 3 nəfər xəsarət alıb

Yol qəzaları 07 İyul 2021 | 08:42
OXUNUB: 641

Bakının Sabunçu rayonunda avtobus yük avtomobili ilə toqquşub.

Avtosfer.az xəbər verir ki, yol qəzası Pirşağı qəsəbəsi ərazisində baş verib. 173 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu “Ford” markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində yük avtomobilində olan 1994-cü il təvəllüdlü Məmmədov Vüqar Asəf oğlu, 1986-cı il təvəllüdlü Qasımov Rahil Alıca oğlu və 1999-cu il təvəllüdlü Quliyev Şahin Rasim oğlu ağır bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man