Göygöldə piyadanən vurulması ilə nəticələn ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Gəncə Toğanalı-Kəlbəcər avtomobil yolunun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən orta yaşlı kişini maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda piyadanın kimliyi dəqiqləşdirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man