Oğuzda yol qəzası baş verib.
Hadisə Qaraməryəm İsmayıllı-Şəki avtomobil yolunun 109-cu kilometrliyində, Oğuz rayonunun Qumlaq kəndi ərazisində qeydə alınıb. 1968-ci il təvəllüdlü Bakı şəhər sakini Gülməmmədov Hüseyn Məhəmməd oğlunun idarə etdiyi “Kia Optima” markalı, 99 UT 083 dövlət qeydiyyat nişanlı avtomobillə 1987-ci il təvəllüdlü Şəki sakini Şahverdiyev Saleh Allahverdi oğlunun idarə etdiyi “VAZ 21074” markalı, 90 HA 129 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.
Qəza nəticəsində “Kia Optima”nın sürücüsü Hüseyn Gülməmmədov xəsarət alaraq Oğuz rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Faktla bağlı aşdırma aparılır.//Apa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man