Rusiyada baş verən yol qəzasında 38 nəfər xəsarət alıb

Yol qəzaları 29 İyun 2021 | 08:26
OXUNUB: 758

Rusiyanın Kalininqrad əyalətində sərnişin avtobusunun ağaca çırpılması nəticəsində 38 nəfər xəsarət alıb.

Avtosfer.az xəbər verir ki, bu barədə TASS fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, onlardan 8-i xəstəxanaya yerləşdirilib. Yaralılar arasında iki uşaq da var.

"Bir qadın ağır vəziyyətdədir", - mənbə deyib.

İstintaq orqanları hadisə ilə əlaqədar cinayət işi qaldırıb.

Vilayət hökumətinin məlumatına görə, avtobusun maksimal sərnişin tutumu 82 nəfər təşkil edir. Qəza zamanı nəqliyyat vasitəsində 80 sərnişin olub. Avtobus hadisə vaxtı 47 km/saat sürətlə hərəkət edirmiş.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man