Bakıda baş verən dəhşətli qəzanın görüntüləri avtomobildəki kameraya düşüb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, paytaxtın Şəmsi Bədəlbəyli küçəsində yolu digər tərəfə keçmək istəyən piyada hərəkət hissəsinin ortasında dayanıb. Bu zaman arxadan yüksək sürətlə hərəkət edib sağdan ötmə edən "Hyundai" markalı avtomobilin sürücüsü qarşısında dayanan piyadanı son anda görərək onu vurmamaq üçün qəfil manevr edib. O, piyadanı vurmasa da yolun kənarında dayanan avtomobilə çırpılıb.
Yaxınlıqda keçidin olmasına baxmayaraq, yolu nəzərdə tutulmayan yerdən keçən piyada həm öz həyatını, həm də sürücülərin həyatını təhlükəyə atıb. Qəzaya düşən sürücü isə hərəkət sürətini aşdığı və ötmə qaydasını pozduğu üçün qəzadan yayına bilməyib.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man