Ucarda ağır yol qəzasında sürücü və azyaşlı oğlu ölüb - FOTO - YENİLƏNİB

Yol qəzaları 28 İyun 2021 | 10:52
OXUNUB: 807

Bakı-Qazax yolunda gecə saatlarında baş verən yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.

Report-un məlumatına görə, hadisə nəticəsində ağır dərəcəli bədən xəsarətləri alan 2019-cu il təvəllüdlü İlyas Elçin oğlu Cəlilov Ucar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

08:00

Ucarda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Report-un xəbərinə görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonundan keçən hissəsində qeydə alınıb. Elçin Cəlilovun idarə etdiyi "Opel" markalı minik maşını Qəbələ rayon sakini, 1972-ci il təvəllüdlü Hikmət Ağayevin idarə etdiyi "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə sürücü E.Cəlilov ölüb. Qəza zamanı habelə onun 2 yaşlı oğlu İlyas Elçin oğlu Cəlilov, həyat yoldaşı, 31 yaşlı Aysel Balay qızı Cəlilova və 45 yaşlı Zaur Balay oğlu Xəlilov çoxsaylı xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man