Bakı-Sumqayıt şossesində ağır yol qəzası - ölən və yaralananlar var - VİDEO - FOTO

Yol qəzaları 26 İyun 2021 | 09:57
OXUNUB: 1760

Bakı-Sumqayıt şossesində ölümlə nəticələnən ağır qəza baş verib.

APA xəbər verir ki, hadisə şossesinin Abşeron rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Sumqayıt istiqamətindən şəhər istiqamətinə hərəkətdə olan Qulu Ağayev idarə etdiyi “Renault” markalı nəqliyyat vasitəsi ilə idarəetməni itirərək yol ayrıcındakı beton piltəyə çırpılıb. Beton parçası isə əks istiqamətdə, 1991-ci il təvəllüdlü Baxşıyev Nicat Nazim oğluna məxsus “Hyundai” markalı avtomobilin ön şüşəsinə dəyib. Zərbənin gücündən beton parçası şüşəni yararaq avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Məmmədov Tofiq İlham oğlunun baş nahiyyəsinə xəsarət yetirib. Sərnişin hadisə anında dünyasını dəyişib. 

Hadisəyə səbəb olan Q.Ağayev və N.Baxşıyev ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hazırda şossenin hər iki istiqamətində tıxac yaranıb. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man