Abşeron rayonunda xəsarətlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Yunis Xəlilov yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man