Avtosfer.az-ın məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Baş Laysqı kənd sakinləri - 1976-cı il təvəllüdlü Pərvanə Vaqif qızı Hüseynova, 1995-ci il təvəllüdlü Şamxal Abid oğlu Hüseynov və Cumakənd kənd sakini, 1985-ci il təvəllüdlü Elçin Vaqif oğlu Abdullayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan P.Hüseynovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır qiymətlənir. Digər yaralıların vəziyyəti yüngül olduğundan ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man