Goranboyda TIR avtobusa, sonra isə yük və minik maşınlarına çırpılıb - VİDEO
Yol qəzaları17 İyun 2021 | 15:12
OXUNUB: 541
Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Gəncə istiqamətində hərəkətdə olan TIR idarəetmənin itməsi nəticəsində yol kənarına dayanan "Mercedes" markalı sərnişin avtobusuna, "Mitsubishi" markalı avtomobilə və "Shacman" markalı yük maşınına çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.