Şərurda yük maşını evin divarına çırpılıb, 3 nəfər ölüb - FOTO
Yol qəzaları17 İyun 2021 | 15:00
OXUNUB: 522
Şərur rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, rayonun Aşağı Yaycı kəndi ərazisində Qarahəsənli kənd sakini Fazil Seyidov idarə etdiyi “JAC” markalı yük avtomobilini evlərdən birinin divarına vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü və 2 sərnişini orada ölüb. Faktla bağlı Şərur Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.