Bəzən bəlanın hardan gələcəyi bəlli olmur. Sosial şəbəkədə yayılan video elə məhz bu cür izah edilə bilər.
Avtosfer.az xəbər verir ki, magistral yolda hərəkətdə olan yük maşınından çıxan təkər əks istiqamətdən gələn avtomobilə çırpılır. Sürücü özünü itirməyərək zərbənin təsirindən əzilən avtomobili saxlaya bilir.
Yük avtomobili sürücüsünün isə olanlardan heç xəbəri yoxmuş kimi görünür.
Qeyd edək ki, qanunvericiliyə əsasən sürücü yola çıxmazdan əvvəl avtomobilinin sazlığına əmin olmalıdır. Əks təqdirdə avtomobildə baş verən nasazlıq səbəbindən digər bir avtomobilə zərər dəyərsə zərər vuranın sığortası digərinin zərərini qarşılamalı olur.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man