Siyəzəndə ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə Siyəzən rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması zamanı 2000-ci il təvəllüdlü Sazmani Natiq Eldar oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə əvvəlcə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı N.Sazmaniyə boyun fəqərisinin sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man