Avtomagistralda yüksək sürətlə hərəkət edən iki avtomobil ağır qəzaya düşdü. Avtosfer.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən “Gelandewagen” markalı avtomobilin sürücüsü təhlükəsizlik adacığına çıxaraq ötmə qaydasını kobud şəkildə pozan zaman, sağ zolaqdakı avtomobilin sürücüsü də təhlükəsizlik adacığının üzərinə çıxıb. Hər iki sürücünün qayda pozuntusu ağır qəza ilə nəticələnib. Zərbənin təsirindən “Gelandewagen” markalı avtomobil aşıb, digər avtomobilin sürücüsü isə idarəetməni itirərək yük avtomobilinə çırpılıb.
Qeyd edək ki, hadisə xarici ölkələrin birində baş verib.
Samir
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man